Analar günü
Analar gününuz mübarək əziz analar !
Analar günü - anaların şərəfinə keçirilən beynəlxalq bayramdır. Həmin gün beynəlxalq qadınlar günündən fərqli olaraq, anaları və hamilə qadınları təbrik etmək qəbul olunub. Bir çox ölkələrdə bu gün müxtəlif günlərə təsadüf edilir. Ümumiyyətlə, dünyada “Analar günü” may ayının ikinci bazar günü qeyd edilir.
İngiltərədə XVII əsrdən XIX əsrədək “Anaların bazar günü” adlı bayram qeyd olunurdu. Anaların təbrik edilməsinə həsr edilmiş bu bayram Böyük pəhriz adlanan dini bayramın dördüncü bazar günündə keçirilirdi.
ABŞ-da “Analar günü” ilk dəfə 1872-ci ildə məşhur Amerika pasifisti Culiya Uord Houv tərəfindən dəstəklənmişdir. C.Uordun qənaətinə görə, həmin gün anaların Yer kürəsində sülh naminə mübarizədə birliyi günüdür. Lakin onun bu konsepsiyası nə ABŞ-da, nə də digər ölkələrdə öz təsdiqini tapmamışdır.
1907-ci ildə ABŞ-ın Filadelfiya ştatından olan Anna Carvis anaların təbrik olunması təşəbbüsü ilə çıxış etmişdir. O, ilin bir gününün analara həsr olunması, yəni bu münasibətlə “Analar günü”nün qeyd olunması təklifi ilə dövlət idarələrinə, qanunvericilik orqanlarına və görkəmli şəxslərə məktub yazmışdır. 1910-cu ildə ilk olaraq Virciniya ştatı “Analar günü”nü rəsmi bayram kimi tanımışdır. 1914-cü ildə ABŞ prezidenti Vudro Vilson may ayının ikinci bazar gününü bütün amerikalı anaların şərəfinə milli bayram elan etmişdir.
ABŞ-ın ardınca 23 ölkə may ayının ikinci bazar gününü bayram elan etdi.
Milli Məclisin fevralın 1-dəki iclasında deputat Elmira Axundova Azərbaycanda “Analar günü” 28 aprel tarixində qeyd olunması təklifini edib
"28 aprel görkəmli alim, ictimai xadim, gözəl insan və müqəddəs ana Zərifə xanımın ad günüdür. Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşının ad gününü həmişə etiramla yad edir.
Finlandiya Azərbaycan Assosiasiyası bütün anaları ”Analar günü ” münasibəti ilə ürəkdən təbrik edir ,onlara can sağlığı, uzun ömür arzulayır.
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur
Helsinkidə ”Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” adlı tədbir keçirilib.
Finlandiya Azərbaycanlıları Assosasiyası (FAA) Helsinkinin mərkəzində yerləşən Scandic Marski hotelinin böyük iclas zalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə tədbir keçirib.
Tədbirin məhz Ulu öndər Heydər Əliyeviə həsr olunması Azərbaycan dövlətinin varlığının Ulu öndərimizin adı ilə bağlı olduğunu bir daha Avropalılara çatdıraq məqsədi daşıyırdı.
Tədbirə Türkiyə səfirliyinin nümayəndələri, Finlandiya Türk Cəmiyyəti, Finlandiya Tatar Cəmiyyətləri dəvət olunub. Həmçinin fin xalqının nümayəndələri də dəvət olunmuşdur.
FAA-nin nəznində fəaliyyət göstərən Yeniyetmə Gənclər Təşkilatının üzvüləri bu tədbirə böyük həvəslə iştirak ediblər. Onlar qonaqlara Ulu öndərimizin Azərbaycan dövlətinin müstəqilliyinin bərpasında əvəzolunmaz xidmətlərindən, dövlətimizi,bayragımızı dünya dövlətləri arasında ucaltmasından bəhs edən maraqlı proqraml təqdim ediblər. Tədbirdə həmçinin canlı musiqi proqramıda təqdim olunub.






"Finlandiyada Azərbaycanı güclü dövlət kimi tanıyırlar"

Helsinkidə Türk Sinema günləri

Helsinkidə Türk sinema günləri keçirildi.
Türkiyənin Finlandiyadakı səfirliyinin təşkil etdiyi Türk sinema günləri Helsinkidə böyük maraqla izləndi.29.9.2011-1.10.2011 tarixlərində nümayiş etdirilən 5 film olduqca maraqlı idi.










