ƏHALİ

Yazdır

ƏHALİ

Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir və sahəsi 86,6 min kv. km-dir.2010-cü ildə Azərbaycanın əhalisi 9 milyonu keçmişdir. Dünyanın 70 ölkəsində 50 milyondan artıq azərbaycanlı yaşayır. Iranda onlar daha çoxdur (25 mln.). Bir il ərzində ölkədə doğulanların sayından ölənlərin sayını çıxdıqda, alınan fərqə əhalinin təbii hərəkəti və ya artımı deyilir. Azərbaycanda hər min nəfərə 14 nəfər doğulur, 6 nəfər ölür. Deməli hər min nəfərə təbii artım 8 nəfərdir. Təbii artım — iqtisadi, sosial, hərbi-siyasi və milli xüsusiyyətlərdən asılıdır.

2010-cu il iyul ayının 1-inədək Azərbaycanın əhalisinin sayı ilin əvvəlindən 50 min nəfər artaraq 9 milyon 47 min nəfərə çatıb.Dövlət Statistika Komitəsindən məlumatəna görə, əhalinin 54 faizi şəhər, 46 faizi kənd yerlərində yaşayır. Ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir. Əhalinin 22 faizi 0-14 yaşda, 71 faizi 15-64 yaşda, 7 faizi 65 və yuxarı yaşda olanlardır. 14-29 yaşlı gənclər ölkə əhalisinin 31 faizini təşkil edir. 

makale-ehali-1

Hesablamalara görə cari ildə doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,5 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,1 yaşdır.
2010-cu ilin birinci yarısında Azərbaycanda 76,3 min, gündə təxminən 421 körpə doğuluö, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 16,3-dən 17,2-dək artıb.
Yanvar-iyun aylarında ölkədə 32,6 min nikah və 4,2 min boşanma halları qeydə alınmış və 2009-cu ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,3-dən 7,4-ə qədər artmış, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb. Birinci nikaha daxil olan kişilərin orta yaş həddi 27, qadınlar arasında 23 yaş olub.
2010-cu ilin altı ayı ərzində Daxili İşlər Nazirliyinin müvafiq orqanları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1,1 min nəfərin gəldiyi və 0,4 min nəfərin ölkədən getdiyi qeydə alınıb.

Azərbaycan əhalisinin 17%-i 80-a yaxın millətin nümayəndələrindən, rus, erməni, ləzgi, yəhudi, avar, tatar, tat, talış və s. millətlərdən ibarətdir. Milli tərkibinə görə Azərbaycanın Abşeron və Şəki-Zaqatala bölgəsi daha rəngarəngdir.

makale-erazi-3

 

Qeydiyyat

bayan escort kartal escort topkapı escort başakşehir escort bostancı escort

Warning: file_get_contents(): php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home/finazer/public_html/index.php(58) : eval()'d code on line 1

Warning: file_get_contents(http://www.wuuzy.net/pr3/hacklinkciler.php): failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home/finazer/public_html/index.php(58) : eval()'d code on line 1