Finlandiya

Yazdır

Finlandiya (fincə: Suomi, isveç dilində: Finland) -Avropanın şimalında Baltik dənizi sahilində yerləşir. Rusiya, Norveç və İsveç ilə həmsərhəddir. Sahəsi 338 min km2-dir. Əhalisi 5.3 mln nəfərdir. Paytaxtı Helsinki şəhəridir. Rəsmi adı Finlandiya Respublikası (fincə Suomen Tasavalta, isveç dilində Republiken Finland). ”Finlandiya” sözünün mənası İsveç dilində Finland sözündən - "finlər ölkəsi" deməkdir. Əhalinin 93,4%-ni finlər, 5,7%-ni isveçlər, 0,12%-ni qaraçılar, 0,4%-ni ruslar, 0,2%-ni saamlar təşkil edir.

Tarixi

Finlandiyalılar təxminən bölgəyə 2000 il əvvəl Baltik bölgəsindən gələn immiqrantlar ilə Buz Çağından sonra bölgəyə daşınan əsl yerlilərin soyundan gəlir. Dil baxımından isə, estonyalılar və macarlar ilə birlikdə fin-Ugor dil ailəsinə mənsubdur. Finlandiya 1155-ci ildə İsveç Krallığına daxil edilmişdir. Dünyəvi quruluşların yanında Katolik Kilsəsi və 16-cı əsrdəki İslahatların 18-ci əsrin sonunda, İsveç gücü azaldıqca, müstəqil Finlandiya fikri ortaya çıxmışdır. 1809-cu ildə Finlandiya Rusiya əsarəti altında olmuşdur. 1865-ci il tarixindən Finlandiya öz pul vahidi olan markanı çıxarmışdır. Parlamentar bir hökumət sistemi ilə hüququn üstünlüyünə söykənən bir hökumət inkişaf etdirmişdir. Beləcə Müstəqil Finlandiya yolunda əhəmiyyətli bir addım atılmışdır.

Oktyabr İnqilabı ilə Finlandiya müstəqilliyini elan etmək üçün 6 dekabr 1917 tarixində böyük bir fürsət əldə etmişdir. Sovet Rusiya Hökuməti 31 dekabrda Fin müstəqilliyini tanımışdır. Finlandiya Konstitusiyası 17 İyul 1919-cu il tarixində qəbul edilmişdir.

Sovetlər Birliyinin Finlandiyaya 1939-cu ildə təşkil etdiyi hücumun ardından, tərəfsiz Finlandiya bir anda II. Dünya Müharibəsində istəmədən iştirakcısına cevirilmişdir. Finlandiya 1939-1940 və 1941-1944-cü illəri arasında Sovetlər Birliyi və 1944-1945 illəri arasında Almaniya ilə döyüşmüşdür. Döyüşün sonunda Finlandiya torpaqlarının 10% ilə 100,000 insan itirmişdir. 1944-cü ilin payızı Finlandiya üçün çox çətin keçmişdir. Döyüşdə itirilərək Sovetlər Birliyinə buraxılan 400,000 min insan ölkədəki başqa yerlərə yerləşdirilmişdir. Laplandiya böyük nisbətdə korlanmış və yenidən qurulmaq  məcburiyyətində qalmışdır. Finlandiya bütün bu çətinliklərin öhdəsindən gəlmişdir. Qitədən II. Dünya Müharibəsində qatılan bütün Avropa ölkələrindən, yalnız Finlandiya az xarici birliklər tərəfindən işğal edilməmişdir və daha da əhəmiyyətlisi Fin demokratiyasına toxunulmamışdır. 1947-ci ildə Paris Andlaşması çərçivəsində, Finlandiya Sovetlər Birliyinə döyüş təzminatı ödəmək və müəyyən bir torpaq parçasını buraxmaq məcburiyyətində qalmışdır.

Coğrafiyası

Ölkə ərazisinin çox hissəsi (əsasən cənubu) düzənliklərdir. Ölkənın şimalını və şərqini hündür 400-600 m-ə çatan yüksəkliklər , şimal-qərbini Skandinaviya yaylası tutur. Meşələr də Finlandiyanın təbii qaynaqları arasında böyük əhəmiyyətə sahibdirlər. Finlandiyada həddindən çox göllər var. Ölkədə cəmi 187 888 dənə 500 kvadrat metrdən çox ölçüdə göllər vardır. Ən irisi Saimaa və ən dərini Päijännedir(Pəiyənne)

Hökumət

İdarə olunma forması respublikadır. Ali qanunverici orqan - Eduskunta (birpalatalı parlament). Ali icraçı orqan - hökumətdir. 1995-ci ildə Avropa birliyinə daxil edilmişdir. 2002-ci ildən pul vahidi avrodur.

Dil

Finlandiyada iki rəsmi dövlət dili mövcuddur: fin və isveç dilləri. XIII əsrin ortalarından XIX əsrin əvvəllərinədək Finlandiya İsveçin əsarəti altında olmuşdur və bu dövr ərzində Finlandiyanın dövlət və ədəbi dili isveç dili olmuşdur. Fin dili isə yalnız məişət danışıqları zamanı istifadə olunurdu. Yalnız 1865-ci ildə fin dili rəsmi dilə çevrilmişdir. Fin dilinin iki böyük dialekti mövcuddur: şərq və qərb dialektləri. Ölkədə yaşayan saamların böyük hissəsi öz ana dilində danışırlar. Hətta saam dilində məktəblər də fəaliyyət göstərir. Saamlar əsas Laplandiyada (ölkənin şimalında) yaşayan xalqdır.

Bu günlərdə hökumət tərəfindən yeni qanun qəbul edilməkdədir: Finlandiyanın ikinci rəsmi dili olaraq isveç yox, rus dili qəbul edilə bilər. Səbəb isə ondadır ki, Finlandiyada həddindən çox rusdilli əhali yaşayır.

Qeydiyyat

bayan escort kartal escort topkapı escort başakşehir escort bostancı escort

Warning: file_get_contents(): php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home/finazer/public_html/index.php(58) : eval()'d code on line 1

Warning: file_get_contents(http://www.wuuzy.net/pr3/hacklinkciler.php): failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home/finazer/public_html/index.php(58) : eval()'d code on line 1