Azərbaycanlılar

Yazdır

Finlandiyada yaşayan ziyalılar və iş adamları

tahira

Tahirə Cəfərova

25 ildir ki Finlandiyada yaşayır. Finlandiya yazıçılar ittifaqının və Fin-Pen klubunun üzvüdür. 20 ildən artıqdır ki, fin ədəbiyyatının tərcüməsi ilə məşğul olur. İlk tərcüməsi fin klassiki   Vejo Meri -bilin « Bir dollarlıq nahar » əsəri olub və Moskvada”Xarici ədəbiyyat jurnalında çap olunub. 1982 ildə fin uşaq ədəbiyyatina müraciət edərək , bir neçə   yazıçıların uçaqlar üçün yazdıqları əsərlərini tərcümə edib.Həmcinin fin dramaturgiyasına da muraciət edərək bir sira pyesləri tərcümə etmişdir. 2000-ci ildə Azərbaycan Yazıçılar İttifaqının sədri Anar, Tahirə xanım Cəfərovanı “Fin ədəbiyyatinin təbliği və tərcumə olunmasında əvəzolunmaz xidmətlərinə” görə  Azərbaycanin fəxri tərcüməçisi adına laiq gərmüşdur.

 

 

cahan

Cahangir Ələkbərov

20 il əvvəl müqavilə ilə Finlandiyaya işləməyə gəlib. Hazırda Helsinki yaxınlığındakı Kokkola   şəhərində konservatoriyada skripka üzrə dərs deyir. Tələbələrin hazırlanmasında əldə etdiyi uğurlara görə şəhər medalı ilə mükafatlandırılıb. Finlər arasında Azərbaycan musiqisini və mədəniyyətini tanıda bilməsini ən böyük nailiyyəti sayır. Kokkola şəhərinin fəxr sakinidir.

 


vasif1

Vasif Muradli

Finlandiya Azərbaycan Assosiasiyasının sədri. Ali təhsillidir. 1989-cu ildə Azərbaycan Dövlət Iqdisat Universitetini bitirib. 2002-ci ildən Finlandiyada yaşayır. 2006 ildən bu ölkədə diaspora fəaliyyətinə başlayıb. Beləki, ilk diaspora fəaliyyəti Yeniyetmə Gənclər Təşkilatının yaradılmasında gənclərə maddi və mənəvi yardım göstərməklə başlayıb onlara daima dəstək olub. 2008 ci ildən diaspora fəaliyyətini genişləndirərək Finlandiya Azərbaycan Assosiasiyasını yaradaraq Finlandiya Ədliyyə Naziriyində qeydiyatdan keçib. Finlandiyada fəaliyyət göstərən digər xalqların diaspora təşkilatları ilə sıx əlaqə saxlayır. Onlarla birgə iş birliyi yaradir, müxtəlif tədbirlər keçirir.

 

 

arzu

Arzu Oqtay

2002ci ildən Finlandiyada yaşayır. Ali təhsillidir. 1991-cu ildə Bakı Dövlət Universitetini bitirib. 2008 ci ildən Finlandiya Azərbaycan Assosiasiyasının sədir müavini və 2011ci ildən Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədridir.

Finlandiya təhsil qanununa əsasən dövlət ümumtəhsil məktəblərində hər bir az saylı xalqların ana dili tədris olunnmalıdır.2006 ildən həmin qanun əsasən Arzu Oqtay Helsinki və Espoo şəhərlərinin orta məktəblərində azərbaycan dil müəlliməsi, eyni zamanda xarici şagirdlər üçün yaradilmiş xüsusi fəndən S2 ikinci ana dili fənnindən dərs deyir. Həmçinin 2010-cu ildən Espoo şəhər bələdiyyəsinin “Gənclər şöbəsində” təlimatçı işləyir.

Müəllimə işləməyə başlarkən, eyni zamanda diaspora fəaliyyətini genişləndirib. Bu işdə müəllimliyi ona yardımçı olub. Məhz buna görədə Finlandiya Azərbaycan Assosiasiyası yaradılarkən onu yetkinliklə sədir müavini seçiblər. Finlandiyada fəaliyyət göstərən Yeniyetmə Gənclər Təşkilatı və Azər Türk gənclər təşkilatlarının gəncləri ilə daima sıx əlaqə saxlayır.

Sevda Əliyeva

Ali təhsillidir.1995ci ildə Bakı Dövlət Tibb Universitetini bitirib.2002ci ildən Finlandiyada yaşayır. 2005-2008illərdə  Helsinkinin Vuosari qəsəbəsinin poliklinikasında ixtisası üzrə həkim işləyib.2008 ci ildən Hüvinkə şəhərinin mərkəzi xəstəxanasında həkim işləyir.Ailəlidir.Finlandiya Azərbaycan Assosiasiyasının keçirdiyi bütün tədbirlərdə iştirak edir.Bir həkim kimi hər birimizə daima yardımçı olur,dəyərli məsləhətlərin heç kimdən əsirgəmir.

 


kamran

 

Kamran Şahmərdan

1999-cu ildə İsveçin Stokholm şəhərində Kral İncəsənət Akademiyasının rejissorluq fakültəsini bitirib. Bir müddət İsveçin teatrlarında çalışıb Sonra İmatra şəhərində sinkretik janrlı «Ağ və Qara» teatrını yaradıb. 11 ildir ki, Finlandiyanın İmatra şəhərində yaşayıb-yaradır. Teatr sahəsində qazandığı uğurlar onu, nəinkiyaşadığı məmləkətdə, eləcə də bütün dünyaya tanıdıbKamran Şahmərdan , 2008-ci ildə Finlandiyada “ilin sənətçisi” adına layiq görülmüşdür. Əsası 2001-ci ildə İmatrada Kamran Şahmərdan tərəfindən qoyulan   “Ağ və Qara” teatrı peşəkar fəaliyyətlə məşğuldur Kamran Şahmərdan hər il may-iyulda İmatra şəhərdə beynəlxalq festival təşkil edir.


gulcin

Gülçin Qədirov
Ali təhsillidir. Azərbaycan Dövlət Iqdisat Universitetini bitirib.2002ci ildən Finlandiyadanın Vaasa şəhərində yaşayır. Hal hazırda Finlandiya Qırmızı Xaç Cəmiyyətində işləyir.


 

 

 


maral

Maral Süleymanova

Ali təhsillidir. 1990 cı ildə Azərbaycan Dövlət Iqdisat Universitetini bitirib. 2003 cü ildən Finlandiyada yaşayir. İxtisasi üzrə tehsilini davam etdirdikden sanra 2007 ildən Helsinki şəhər sosial xidmətlər idarəsində mühasib işləyir. Finlandiya Azərbaycan Assosiasiyasının fəal üzvülrindəndir və tədbirlərində daima iştirak edir.

 

 


Azad Həsənzadə

Ali təhsillidir.1985ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 2002ci ildən Finlandiyadanın Vaasa şəhərində yaşayır. 2008 ci ildən Vaasan Vacon Oyj şirkətində işləyir.

 

 

 

 


gulya

Həsənzadə Gülarə

Ali təhsillidir.1987ci ildə Azərbaycan Neft Akademiyasını kimya texnalogiyası fakultəsini bitirib.2003cü ildən Finlandiynın Vaasa şəhərində yaşayır.VACON Oyj firmasında işləyir.

 

 

 


rag

Namazov Rəhim

 

Ali təhsillidir.1994cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1995ci ildən 2009cu ilədək

Turkiyə Bilkent Simfonik Orkestrində  işləyib. .Hal hazırda Helsinki şəhərində yaşayır və işləyir. Yokamoz qrupunun üzvüdür.

 

 

 

gulzar

Gülzar İsmayıl

1993-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin bitirib.2003-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsini alıb.5 ildir Finlandiyanın, Helsinki şəhərində yaşayır. Hüquqşünas və tərcüməçi kimi  fəaliyyət göstərir. Bununla yanaşı mütamadi olaraq Bakıda çap olunan 525-ci qəzetdə və Moskvada çap olunan ”Literaturnaya Rossiya” gəzetində məqalələri dərc edilir   Finlandiya Azərbaycan Assosiasiyasının fəal üzvülərindəndir və tədbirlərində daima iştirak edir 2011-ci ildən FAA-nın nəznində fəaliyyət gösrərən  "Azərbaycanlı Qadınlar Cəmiyyəti"-nin sədr müavinidir.


 

 

ramil

Ramin Tagıyev

Ali təhsillidir. 2002ci ildə Gəncə şəhər Texnologiya Universitetini bitirib. 2005ci ildən Finlandiyanın Espoo şəhərində yaşayır. və işləyir. Ailəlidir. Finlandiya Azərbaycanlıları Asossasiyasının fəal üzvülərindəndir. Butun tədbirlərdə iştirak edir.

 

 


veteran

 

Adolf Malışko

Azərbaycanda anadan olub. Bakı Ali Hərbi məktəbini bitirib. Hərbi xidmətdə Leytinant –polkovnik rütbəsinə qədər yüksəlib.1995 ci lidən Finlandiyada yaşayır Təqaütçüdür. Finlandiya Azərbaycan Assosiasiyası həmyerlimizlə fəxr edir .Ona uzun ömür can sağlığı arzulayır.

 

 

aliksey

 

Smirnov Aliksey

Azərbaycanda anadan olub. Ali təhsillidir. Bakı Ali Hərbi məktəbini bitirib. Hərbi xidmətdə Leytinant –polkovnik rütbəsinə qədər yüksəlib..1995 ci lidən Finlandiyada yaşayır. Hal hazırda İnkeri mərkəzində işləyir. Həmçinin Gənclərlə iş birliyi ictimai işlərlə məşqul olur.

 

 

 

amalya

 

Amalya Verdiyeva.

Ali təhsillidir.1994 ci ildə Bakı Dövlət Universitetini bitirib.  2002 ci ildən Finlandiyada yaşayır.Helsinki Pedaqoji kadırların ixtisasının artırılması və yenidən hazırlanması institutunu bitirib.Hal hazırda Helsinki uşaq oyunları mərkəzində işləyir.Finlandiya Azərbaycan Assosiasiyasının fəal üzvülərindəndir və tədbirlərində daima iştirak edir.

 

 

cema

Cəmilə Tamayeva

1990-ci ilde Azərbaycan Inşaat-Muhəndisləri Institutunu, 2003-cu ildə Azərbaycan Respublikasi Prezidenti yaninda Dövlət Idarəçilik Akademiyasının huquqşunaslıq fakultəsini bitirmib.2005-ci ildən Finladiyaıin Tampere şəhərində yaşayır.Hal-hazirda təhsilini davam etdirir. Finlandiya Azərbaycan Assosiasiyasının hüquq məsələləri üzrə hissə müdiridir .2011-ci ildən FAA-nın nəznində fəaliyyət göstərən"Qadinlar cəmiyyətinin sədr müavinidir.

 

 

 

kamal

 

Kamal Hüseynov

Ali təhsillidir. Azərbaycan Dövlət Iqdisat Universitetini bitirib. 1995-ci ildən   Finlandiyada yaşayır. Burda bizneslə məşquldur.


 

 

Kuva2

 

 

Marina Hüseynova

Ali təhsillidir. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakultəsini bitirib. 1995-ci ilden etibarən Finlandiyanın Helsinki şəhərində yaşayir. Burada Operada ve Xoreografiya Ali məktəbində işləyir.

 

 

ilahe

 

Cəfərova İlahə

Ali təhsillidir.1997- ci ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı Universitetini bitirib.2005 ci ildənFinlandiyanın Tampere şəhərində yaşayır.Hal-hazırda -Tampere şəhəri sosial tərcümə məktəbinintələbəsidir. -Bununla yanaşı mütamadi olaraq Azərbaycanda çap olunan DAY AZ və bir neşə başqaqəzetlərdə məqalələri dərc edilir. Finlandiya Azərbaycan Assosiasiyasının fəal üzvülərindəndir.

 

 

 

 

 

 

 

 

Qeydiyyat

bayan escort kartal escort topkapı escort başakşehir escort bostancı escort

Warning: file_get_contents(): php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home/finazer/public_html/index.php(58) : eval()'d code on line 1

Warning: file_get_contents(http://www.wuuzy.net/pr3/hacklinkciler.php): failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home/finazer/public_html/index.php(58) : eval()'d code on line 1